25 oktyabr 2021, 15:25

Ülvi Abışbəylidən, Qubadlı, Azərbaycan


Möhtərəm cənab Prezident.

Siz düşmənlərimizlə bir çox sahədə layiqli mübarizə apardınız. Azərbaycanın Qələbəsini həm hərbi, həm siyasi, həm də diplomatik sahədə gerçəkləşdirdiniz. Siz Azərbaycanın ərazi bütövlüyünü bərpa edən və müstəqilliyini qoruyub möhkəmləndirən, Vətən müharibəsinin taleyini həll edən əsl Sərkərdəsiniz. Sizin kimi Lideri olan xalqın bir nümayəndəsi olmaq şəxsən mənim üçün böyük xoşbəxtlikdir.

Siz Zəfərinizlə xalqımıza sevinc yaşatdınız, tarixi ədaləti bərpa etdiniz. Siz ata vəsiyyətini yerinə yetirdiniz. Bu Zəfər Sizin apardığınız uğurlu siyasətin nəticəsidir, dövlət-xalq-ordu birliyinin təntənəsidir.

“Dəmir yumruğ”unuz hər zaman var olsun!

Hörmətlə,

Abışbəyli Ülvi Avtandil oğlu

Azərbaycan Respublikası, Qubadlı rayonu, Mərdanlı kəndi.