25 oktyabr 2021, 11:00

Aygün Hacıyevadan, Füzuli, Azərbaycan


Hörmətli Prezident, cənab Müzəffər Ali Baş Komandan.

Sizə olan minnətdarlıq hisslərini ifadə etmək üçün söz tapmaq çətindir. Ermənistan-Azərbaycan probleminin həlli istiqamətində ümummilli lider Heydər Əliyevin başladığı siyasi kursu yüksək peşəkarlıqla və uğurla davam etdirməklə xalq qarşısında verdiyiniz sözlərə tam əməl etdiniz, ata vəsiyyətini yerinə yetirdiniz. Həm döyüş meydanında, həm də siyasi arenada qələbə qazanmaqla Qarabağı işğaldan azad etdiniz. Beynəlxalq arenalarda, ən yüksək kürsülərdə dəfələrlə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bəyan etdiniz.

Antalyada keçirilmiş Türkdilli dövlətlərin qardaşlıq və əməkdaşlıq qurultayında qətiyyətlə dediyiniz “Azərbaycan torpaqları danışıqların mövzusu ola bilməz!” sözləriniz hər birimizin ürəyindən xəbər verdi. Müharibə zamanı hər bir çıxışınız xalqın əzmkarlığını, mübarizə ruhunu yüksəldirdi, hər kəs verəcəyiniz qələbə mesajlarını səbirsizliklə gözləyirdi. Çıxışlarınız zaman göstərdiyiniz “dəmir yumruq” qələbənin, dövlət-xalq-ordu həmrəylinin rəmzinə çevrildi.

Siz Azərbaycan torpaqlarını 30 illik işğaldan 44 günə azad edən, ərazi bütövlüyümüzü bərpa edən böyük Sərkərdə kimi tarixə düşdünüz. Yeni tarix yazıldı, Azərbaycanda yeni mərhələ başladı, Siz Azərbaycanın zəfər və quruculuq rəmzi oldunuz. Biz Sizinlə fəxr edirik.

Təşəkkür edirik, cənab Müzəffər Ali Baş Komandan.

Hörmətlə,

Hacıyeva Aygün, Füzuli rayon 45 saylı tam orta məktəbin müəllimi.

Azərbaycan Respublikası, Füzuli rayonu.