23 oktyabr 2021, 15:00

Xalidə Cəfərova və Filman Aslanovdan, Qubadlı, Azərbaycan


Hörmətli cənab Prezident,

Sizin başçılığınızla rəşadətli Ordumuz 44 gün ərzində 30 illik həsrətimizə son qoydu. Hər birimiz Sizə öz minnətdarlığımızı bildiririk.

Bu müharibə və qazandığımız Zəfər hələ uzun illər dünya hərbçiləri tərəfindən öyrəniləcək, düşmənlərə göz dağı olacaq, dostlara sevinc yaşadacaq.

Bizə yaşatdığınız sevinc hisslərinə görə bütün məcburi köçkünlər adından Sizə təşəkkür edirik.

İnşallah yaxın vaxtlarda öz doğma yurdumuza qayıdacaq, rayonumuzun dirçəlişində iştirak edəcəyik.

Hörmətlə,

Cəfərova Xalidə Cəfərxan qızı,

Aslanov Filman Xanış oğlu.

Azərbaycan Respublikası, Qubadlı rayonu, Xəndək kəndi.