21 oktyabr 2021, 10:38

Gülüstan Fətullayevadan, Cəlilabad, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin daxili və xarici siyasətiniz, məqsədyönlü addımlarınız həmişə bizim ürəyimizcə olub. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər də məhz bu uğurlu siyasətin nəticəsidir. Sizin Ali Baş Komandanlığınızla rəşadətli Azərbaycan Ordusu döyüş meydanında tarix yazdı. Bütün dünya Azərbaycan xalqının öz Prezidenti ətrafında dəmir yumruq kimi necə birləşdiyinin şahidi oldu. Eyni zamanda, dünya ictimaiyyəti Sizin necə bir sərkərdə, necə bir siyasətçi olduğunuzu gördü. Sizə sonsuz minnətdarıq.

Möhtərəm Prezident, biz Sizinlə qürur duyuruq. Siz düşməni həm döyüş meydanında, həm də siyasi arenada diz üstə çökdürdünüz. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyiniz xalqımızın Sizə olan inam və məhəbbətini daha da artırdı.

Var olun, cənab Prezident.

Hörmətlə,

Gülüstan Fətullayeva

Azərbaycan Respublikası, Cəlilabad rayonu.