21 oktyabr 2021, 11:41

Tapdıq Ələkbərovdan, Qubadlı, Azərbaycan


“Dəmir yumruq” sahibi, qalib Ordunun Müzəffər Ali Baş Komandanı.

Misli 44 günlük müharibədə düşmənlərə qalib gəldik. Siz Azərbaycan xalqını sevindirdiniz.

Əziz Prezidentimiz, Siz düşməndən torpağı geri qaytarandan sonra biz köçkünlərin öz doğma torpaqlarında yaxşı yaşaması üçün uğurlu işlər görürsünüz. Biz öz torpağımıza sevinclə qayıdacağıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versn. Torpaqlarımızın alınması bizi özümüzə qaytardı. Sizin gücünüzlə Qələbə qazandıq.

Əziz Prezidentimiz, biz Sizi sevirik. Xalqımıza liderlikdən əskik olmayasınız. Hər birimiz Sizə öz minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Ələkbərov Tapdıq Murtuza oğlu

Azərbaycan Respublikası, Qubadlı rayonu, Novlu kəndi.