21 oktyabr 2021, 11:28

Murad Adıgözəl-zadədən, Bakı, Azərbaycan


Möhtərəm cənab Prezident.

Azərbaycan incəsənətini və mədəniyyətini ölkəmizdə və bütün dünyada təbliğ edən M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının bir qrup əməkdaşlarına uğurlu yaradıcılıq fəaliyyətlərinə görə göstərdiyiniz etimada - “Əməkdar artist” fəxri adına layiq görülmələrinə görə Sizə öz adımdan və eyni zamanda, Filarmoniyanın bütün əməkdaşları adından dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Sizin mədəniyyət işçilərinə göstərdiyiniz diqqət bir daha onu göstərir ki, Siz, həqiqətən, mədəniyyətimizin böyük təminatçısı və qayğıkeşisiniz.

Əməkdaşlarımızın fəxri adlara layiq görülmələri bizi ruhlandırır və daha çox uğurlar qazanmağa sövq edir.

Sizə bir daha minnətdarlığımı bildirir və müstəqil Azərbaycanımızın çiçəklənməsi naminə gördüyünüz işlərdə sonsuz uğurlar arzulayıram.

Dərin hörmət və ehtiramla,

Murad Adıgözəl-zadə

Respublikanın Xalq artisti, professor, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru

Azərbaycan Respublikası, Bakı şəhəri.