15 oktyabr 2021, 15:27

Azər Məmmədov və Gülarə Məmmədovadan, Sumqayıt, Azərbaycan

Çox hörmətli sevimli Prezidentimiz, Müzəffər Ali Baş Komandan.

Sizin “dəmir yumruğ”unuzun gücü, dərin düşüncəli siyasətinizin, mütəşəkkil Azərbaycan Ordusunun sayəsində, şəhidlərimizin və qazilərimizin canı və qanı bahasına 44 günlük Vətən müharibəsində biz qubadlıların da 28 illik Vətən həsrətinə son qoyuldu. Siz, demək olar ki, möcüzəni reallığa çevirdiniz.

Torpaqlarımızı işğaldan azad etdiyinizə və bizə qələbə sevinci bəxş etdiyinizə görə şəhid ailələri, Qarabağ müharibəsi veteranları adından və şəxsən öz adımdan Sizə dərin hörmətlə minnətdarlığımızı bildirirəm.

Hörmətlə,

Azər Məmmədov

Gülarə Məmmədova

Qubadlı rayonu Aşağı Mollu kəndinin sakinləri

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.