15 oktyabr 2021, 14:35

Bəhlul Bəhlulzadədən, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin kimi xalqını sevən, hər zaman onun arxasında dayanan, sevincinə də, kədərinə də şərik olan dövlət başçımızın olması ilə fəxr edirik. Vətən müharibəsində müharibə iştirakçılarına, qazilərimizə və şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğı, eləcə də işğaldan azad olunmuş rayonlarımızın bərpası sahəsində gördüyünüz işlər hər bir azərbaycanlının qürur hissi keçirməsinə səbəb olmuşdur.

Bu gün Azərbaycanın əldə etdiyi möhtəşəm Qələbə, Sizin sərkərdəlik bacarığınız və məharətiniz, həmçinin diplomatik səyləriniz və bu sahədə atdığınız addımlar, müasir dünyanın hərb tarixində nümayiş etdirdiyimiz yeniliklər dünya dövlətləri tərəfindən müsbət qiymətləndirilir və öyrənilir.

Siz hər zaman xalqımızın yanında olduğunuz kimi, biz də daim Sizinləyik.

Hörmətlə,

Bəhlul Bəhlulzadə

Qubadlı rayonu Məmər kəndinin sakini

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.