28 sentyabr 2021, 13:08

Səfayıl Vəliyev və başqalarından, Goranboy, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin meliorasiya və su təsərrüfatı sahəsinə göstərdiyiniz diqqət və qayğının nəticəsidir ki, builki quraqlığa baxmayaraq biz Goranboy rayon fermerləri sudan əvvəlkitək qıtlıq çəkmədik. Nəticədə yüksək məhsuldarlıq əldə etmişik.

Sizin imzaladığınız sərəncamlar əsasında son illər ərzində respublikamızın bir çox rayonunda olduğu kimi, Goranboyda da çoxlu sayda subartezian quyuları qazılıb istifadəyə verilmişdir. İşğaldan azad edilmiş torpaqlarımızda yerləşən su anbarlarının suvarma sisteminə qoşulması nəticəsində bu sahədə işlərin daha da yaxşılaşacağına əminik.

Cənab Prezident, fermerlərə göstərdiyiniz qayğıya görə Sizə Qızılhacılı qəsəbəsinin suvarma suyu istifadəçiləri adından təşəkkür edirik.

Hörmətlə,

Vəliyev Səfayıl - İkinci Qarabağ müharibəsi iştirakçısı Abbasov Yaşar - İkinci Qarabağ müharibəsi iştirakçısı Məmmədov Arif - Birinci Qarabağ müharibəsi iştirakçısı Məmmədov Fuad - İkinci Qarabağ müharibəsi iştirakçısı

Azərbaycan Respublikası, Goranboy rayonu, Qızılhacılı qəsəbəsi.