22 iyul 2021, 19:00

Gülər Qasımovadan, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirakınızı diqqətlə izlədim və bir daha Sizinlə fəxr etdim.

Xocasən qəsəbəsində tikilmiş yeni yaşayış kompleksində 300 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olunub. Şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması bunu bir daha təsdiqləyir ki, Siz hər zaman xalqımızın yanındasınız.

Bunun üçün Sizə xalqımız adından dərin minnətdarlığımızı bildirirəm.

Hörmətlə,

Gülər Qasımova

Azərbaycan Respublikası, Şirvan şəhəri