17 iyul 2021, 15:40

İsax Əliyevdən, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən Qarabağ müharibəsi veteranıyam, ehtiyatda olan zabitəm. Qürur duyuram ki, Sizin kimi qətiyyətli Ali Baş Komandanımız var. Sizin komandanlığınızla müzəffər Ordumuz düşmənə öz gücünü göstərərək uzun illər həsrətində olduğumuz torpaqlarımızı işğaldan azad etdi. Düşmən tərəfindən dağıdılmış el-obalarda hazırda bərpa-quruculuq işlərinin uğurla davam etdirilməsi bizi çox sevindirir.

Eyni zamanda, şəhid ailələrini, müharibə əlillərini və veteranlarını daim diqqətdə saxlayırsınız. Mənə də müəyyən güzəşt və imtiyazlar şamil olunur. Hazırda hərbi şəhərcikdə yaşayıram.

Müzəffər Ali Baş Komandan,

Şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına şamil edilən güzəşt və imtiyazlara, bu kateqoriyadan olan insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün görülən işlərə görə Sizə təşəkkür edirəm.

Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Əliyev İsax, Qarabağ müharibəsi veteranı.

Azərbaycan Respublikası, Gəncə şəhəri