17 iyul 2021, 11:00

Elmira Əsədovadan, Şirvan, Azərbaycan

Möhtərəm Prezident cənab İlham Əliyev.

Bütün dünya hazırda pandemiya ilə mübarizə aparmaqdadır. Koronavirus başlar-başlamaz ölkəmizdə əhaliyə göstərdiyiniz qayğı göz önündədir. Sizin koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində gördüyünüz tədbirlər, verdiyiniz qərar və göstərişlər sosial vəziyyətindən, yaşından və yaşadığı məkandan asılı olmayaraq bütün vətəndaşlar tərəfindən razılıq və rəğbətlə qarşılanır. Bu istiqamətdə atdığınız qətiyyətli addımlara, göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq.

Ulu Tanrı hər zaman köməyiniz olsun!

Hörmətlə,

Elmira Əsədova

Azərbaycan Respublikası, Şirvan şəhəri