15 iyul 2021, 11:38

İlahə Seyidəmirovadan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident,

Mən Qarabağ müharibəsi qazisinin anasıyam. Oğlumun Qarabağ müharibəsində iştirak etməsi və Vətən uğrunda şücaət göstərməsi ilə həmişə fəxr edirəm. Həm də ona görə fəxr edirəm ki, Sizin kimi Müzəffər Ali Baş Komandanımız var. Sizin rəhbərliyinizlə rəşadətli Ordumuz düşmənə lazımi cavabı verdi və uzun illər həsrətində olduğumuz torpaqlarımızı işğaldan azad etdi.

Siz Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi işləri ilə yanaşı, şəhid ailələrini, qaziləri də daim diqqətdə saxlayırsınız. Mən də qazi anası olaraq bu diqqətdən faydalanan vətəndaşlardan biriyəm. Qarabağ qazilərinə şamil edilən güzəşt və imtiyazlara, bu kateqoriyadan olan insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlərə və qarşılaşdığımız çətinliklərin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərə görə Sizə çox minnətdaram və təşəkkür edirəm.

Allah Sizi bədnəzərdən qorusun!

Hörmətlə,

Seyidəmirova İlahə, qazi anası.

Azərbaycan Respublikası, Gəncə şəhəri