18 iyun 2021, 11:05

Mübariz Qurbanovdan, Bakı, Azərbaycan

Müzəffər Ali Baş Komandan!

Mən ehtiyatda olan zabitəm. Ulu öndər Heydər Əliyev həmişə Vətəni sevməyi, onu qorumağı nəsihət etmiş, biz hərbçilərə daim dəstək vermişdir. Siz xalq tərəfindən Prezident seçilərkən biz Qarabağ döyüşçüləri əmin idik ki, gec-tez Qarabağ torpaqları işğaldan azad olunacaq və belə də oldu.

Siz şəhid ailələrinə, müharibə əlillərinə həmişə qayğı göstərmisiniz. Sizin sayənizdə ailəm mənzillə təmin olunub.

Bu qayğıya, diqqətə görə şəxsən öz adımdan və ailəm adından Sizə təşəkkür edirəm. Sizə və ailə üzvlərinizə cansağlığı, xoşbəxtlik, firavanlıq və müstəqil Azərbaycanımızın daha da çiçəklənməsi, güclənməsi və inkişaf etməsi naminə işlərinizdə uğurlar arzulayıram.

Eşq olsun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə!

Eşq olsun Azərbaycan Ordusuna!

Yaşasın Azərbaycan!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Qurbanov Mübariz Məhəmmədsaleh oğlu,

2-ci qrup Qarabağ müharibəsi əlili.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.