13 aprel 2021, 17:37

Solenov Nikita Vladimiroviçdən, Moskva, Rusiya

Hörmətli cənab Prezident.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin uğurla başa çatması və xalqınıza məxsus torpaqların geri qaytarılması münasibətilə Sizi təbrik edim.

Biz ruslar, Ermənistanın Rusiyanı bu müharibəyə sürükləmək üçün köhnə və çirkin vərdişlərinə davam etdiyini yaxşı gördük. Qətiyyətli mövqeyinizlə buna imkan vermədiyinizə görə Sizə minnətdarıq.

Əsgərləriniz yüksək peşəkarlıq nümayiş etdirərək qısa müddətdə erməni xəyanətinə son qoydu, onların məğlub olan ordusunu geri çəkilməyə, rüsvayçı liderlərini isə sülh müqaviləsinə razı olmağa məcbur etdilər.

Şəhidlərinizə rəhmət diləyirəm və onların daim yaddaşlarda qalacağına əminəm.

Çox sağ olun!

Hörmətlə,

Solenov Nikita Vladimiroviç

Rusiya Federasiyası, Moskva vilayəti, Likino-Dulyovo şəhəri.