13 aprel 2021, 16:08

Fitat Abdullayevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Mənim 13 yaşım var. Bakı şəhərində, Atatürk litseyində təhsil alıram. Atam - Mirsaleh Abdullayev, 44 günlük Vətən müharibəsində Füzuli ərazisində, babam Miryaqub Abdullayev isə Birinci Qarabağ müharibəsində hərbi həkim kimi iştrak ediblər.

Biz hər zaman məktəbdə təhsillə yanaşı Qarabağ həqiqətlərini də öyrənir, Qarabağla bağlı tədbirlər keçirirdik. İndi Qarabağ azaddır! İnşallah, ən qısa zamanda biz də gedib o gözəl yerləri ziyarət edəcəyik. Bütün bu qələbələrə görə Sizə və Azərbaycan Ordusuna minnətdarıq.

Hörmətlə,

Fitat Abdullayeva

Atatürk Liseyinin şagirdi

Azərbaycan Respublikası, Bakı şəhəri