13 aprel 2021, 13:08

Həqiqət Əliyevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Hakimiyyətə gəldiyiniz ilk gündən ölkəmizi hərbi, siyasi və iqtisadi cəhətdən inkişaf etdirməklə yanaşı, yüksək mədəni tərəqqiyə də nail olmusunuz. Müxtəlif illərdə ölkəmizdə keçirilən beynəlxalq səviyyəli musiqi müsabiqələri və digər mədəni tədbirlər bunun bariz nümunəsidir.

2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması ilə bağlı verdiyiniz Sərəncam bir müəllim kimi məni də çox sevindirdi. Çünki Nizami Gəncəvi yaradıcılığı Azərbaycan ədəbiyyatı ilə yanaşı dünya ədəbiyyatına verdiyi töhfələrlə müstəsna rola malikdir.

Nizami Gəncəvi ilə yanaşı digər görkəmli sənətkarlarımızın unudulmaması və daim yaddaşlarda silinməz iz qoyması üçün gördüyünüz işlərə görə tək öz adımdan deyil, Sizin və rəşadətli ordumuz sayəsində yenidən Qarabağlı olan, məcburi köçkün adı üzərindən götürülmüş Füzuli rayon 2 nömrəli tam orta məktəbin kollektivi adından dərin minnətdarlığımızı bildiririk.

Sizə bu çətin və məsuliyyətli işlərinizdə yeni uğurlar arzu edirik.

Hörmətlə,

Həqiqət Əliyeva

Füzuli rayon sakini

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu