12 aprel 2021, 11:13

Bəxşeyiş Həsənovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən 1944-cü ildə Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olmuşam. Doğma Qarabağımız məhz Sizin qətiyyətiniz, müdrikliyiniz, düşünülmüş və uzaqgörən siyasətiniz nəticəsində düşməndən azad edildi. Sizə sonsuz minnətdarlığımı bildirirəm.

Müzəffər Ali Baş Komandan, tarixi Qələbəmizin müəllifi olan Sizə həsr etdiyim şeri təqdim edirəm:

Nə gecələr yuxu yatdın,

Nə gündüz rahatlıq tapdın,

Uzun yoldan sona çatdın,

Vətəni qurtardın dardan,

Cənab Ali Baş Komandan.

Səbri sənə Xudam verdi,

Ölkəm bəhrəsini gördü,

Dedilər ər oğlu ərdir,

Çəkinməz ağır savaşdan,

Cənab Ali Baş Komandan.

Yaradan verib baxtını,

Eyləsin uca taxtını,

Keçirməz hədər vaxtını,

Alar ilhamı xalqından,

Cənab Ali Baş Komandan.

Doğma sandı səni hamı,

Yandırdın qəlblərdə şamı,

İtmiş vətənin ikramı,

Yetişdi bizlərə səndən,

Cənab Ali Baş Komandan.

Şuşa tək qala almısan,

Ürəkdə yuva qurmusan,

Dost gözündə ucalmısan,

Gen dünya düşmənə zindan,

Cənab Ali Baş Komandan.

Düşmən barışı seçmədi,

Əməlini dərk etmədi,

Axır murada yetmədi,

Sənə yar oldu yaradan,

Cənab Ali Baş Komandan.

Düşmənə verilən dərsi,

Görməmişdir Yer kürəsi,

Dolaşır dünyada səsi,

Söz ola bilməz amandan,

Cənab Ali Baş Komandan.

Bəxşeyiş dilər Xudadan,

Qoy uzaq olsun bəladan,

Haqqa köməkdir yaradan,

Dünya yazır Qarabağdan,

Cənab Ali Baş Komandan.

Hörmətlə,

Bəxşeyiş Həsənov

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.