12 aprel 2021, 15:48

Zəminə Quliyevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz həmişə xalqımızın tarixində özünəməxsus yeri olan söz sənətkarlarına, onların yaradıcılığına yüksək dəyər verirsiniz. Bu ilin "Nizami Gəncəvi İli" elan olunması bunun bariz nümunəsidir.

Dahi Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığının ictimai-fəlsəfi mənasının dərinliyi, dəyər və dolğunluğu etibarı ilə dünya ədəbiyyatının dahiləri ilə bir cərgədə durur. Nizaminin əsərləri hər bir yeni nəsil üçün ibrət dərsidir, insanların qəlbində yüksək duyğular oyadan, onları tərəqqi və inkişafa sövq edən, yer üzündə həqiqi bərabərlik, sülh və səadət uğurunda mübarizəyə ruhlandıran misilsiz sənət nümunələridir.

Möhtərəm Prezidentim, yüksək fəaliyyətiniz, xalqla gözəl rəftarınız Vətənə sonsuz sevginiz, torpaqlarımızın bütövlüyü uğurunda apardığınız təkrarolunmaz mübarizəniz, xalqın qəlbində özünüzə qarşı yaratdığınız böyük sevgi Nizami Gəncəvinin öz əsərlərində yaratmaq istədiyi ideal hökmdar obrazının real göstəricisidir.

Xalqımıza, onun söz sənətkarına verdiyiniz dəyərə görə Sizə təşəkkür edirəm!

Hörmətlə,

Zəminə Quliyeva

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.