08 aprel 2021, 16:19

Adil Qocayevdən, Gəncə, Azərbaycan

Əziz və sevimli Prezidentimiz.

Vətən müharibəsində qazandığımız böyük Qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Fəxr edirəm ki, mənim oğlum da Vətən müharibəsinin iştirakçısı kimi torpaqlarımızın azad olunmasında iştirak edib. O, hazırda hərbi xidmətini davam etdirir.

Sizin sayənizdə şəhid və hərbçi ailələri dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Bizim ailə də bu diqqətdən kənarda qalmayıb. Bu günlərdə ailəmizə göstərilən maddi yardım bizə həm də mənəvi dəstək oldu. Sizin kimi müdrik və zəkalı dövlət başçımızın olması ilə fəxr edirik.

Cənab Prezident, ölkəmizin davamlı inkişafı, aztəminatlı ailələrin rifahının yaxşılaşdırılması üçün görülən işlərə görə Sizə və Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm.

Hörmətlə,

Qocayev Adil Nazim oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri.