08 aprel 2021, 13:23

Sübhan Hacıbabazadədən, Astara, Azərbaycan

Hörmətli Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız.

Azərbaycanımızın ərazi bütövlüyünün bərpa olunması xalqımıza bəxş etdiyiniz ən böyük tarixi hədiyyə oldu.

Əziz Prezidentim, uzun illər ərzində təhsil işçisi kimi şagirdlərimizə Qarabağ haqqında danışanda ürəyimdən köz qoparılırdı. Əlbəttə, bunun uzun müddət davam etməsinə imkan verməyəcəyinizə bütün qəlbimlə inanırdım. Sözsüz, hər dəfə şagirdlərlə Qarabağ haqqında danışanda birinci olaraq Sizin çıxışlarınızı önə çəkirdim, haqq-ədalətin tezliklə bərpa olunmasına inanırdım. Bəli, biz o tarixi və sevincli günləri yaşayırıq.

Hörmətli Prezident, bu günün də tarixi bir gün olması hamımıza məlumdur. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində bizə qarşı daim vəhşilik törədən erməni işğalçılarına layiq olduqları yeri göstərdi. Biz sübut etdik ki, tarixi unutmamışıq. Biz sübut etdik ki, xalqımız həmişə dövlətimizin başçısının yanındadır. Ermənilərin törətdikləri faciələr tarix boyu kədərlə anılacaq, Sizin rəhbərliyinizlə qazanılan Qələbə ilə fəxr ediləcək.

Hörmətlə,

Sübhan Hacıbabazadə

Azərbaycan Respublikası, Astara rayonu