07 aprel 2021, 15:44

Rüfət Əliyevdən, Sabirabad, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin Ali Baş Komandanlığınızla rəşadətli ordumuzun İkinci Qarabağ müharibəsində tarixi Qələbə qazanması bizə böyük sevinc və qürur hissi yaşatdı. Bizi 30 il intizarında olduğumuz Qarabağımıza qovuşdurmaqla Siz haqqı, ədaləti bərqərar etdiniz, xalqımızın milli qürurunu, ləyaqətini, mənliyini özünə qaytardınız. Azərbaycan tarixinə şərəfli, qürurverici yeni səhifə yazdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk. Mənim üçün bundan böyük şərəf ola bilməz. Siz, eyni zamanda, dünyanın hərb tarixinə yeni qəhrəmanlıq səhifəsi yazdınız və adınızı qalib Sərkərdə kimi tarixə həkk etdiniz.

Ölkəmizin daha da inkişafı naminə fəaliyyətinizdə, Qarabağımızda həyata keçirilən yenidənqurma və bərpa işlərində Sizə möhkəm cansağlığı, tükənməz enerji və böyük müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Rüfət Əliyev

Azərbaycan Respublikası, Sabirabad rayonu.