03 mart 2021, 17:05

Elməddin İsmayılovdan, Daşkəsən, Azərbaycan


Salam cənab Prezident,

Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə münasibətilə Sizi həm öz adımdan, həm də ailə üzvlərim adından ürəkdən təbrik edirəm. Çox sağ olun ki, torpaqlarımızı işğaldan azad etdiniz, ürəyimizi sevindirdiniz, şəhidlərimizin qanını yerdə qoymadınız.

Allah Sizi qorusun, mənim əziz Prezidentim!

Daşkəsənlilər Sizinlə qürur duyur.

Qarabağ Azərbaycandır!

Hörmətlə,

İsmayılov Elməddin Vidadi oğlu

Azərbaycan Respublikası, Daşkəsən şəhəri.