04 mart 2021, 12:15

Rahil Məlikovdan, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident,

Mənim 14 yaşlı qızım Məlikova Mehriban kəskin epilepsiya üzündən yataq xəstəsidir, daim qayğıya ehtiyacı var. Bu günlərdə onun vəziyyəti ağırlaşdığından təcili olaraq Bakıdakı Uşaq Nevroloji Xəstəxanasına apardıq. Həkimlərin gərgin səyi nəticəsində övladım həyata qaytarıldı. Bir nüansı xüsusilə vurğulamaq istərdim ki, bu xəstəxanada yaradılmış şərait, həkimlərin bacarığı qızımın həyatda qalmasının əsas səbəbidir.

Cənab Prezident, Siz ölkəmizə rəhbərliyiniz dövründə onlarca belə xəstəxanalar inşa etdirmisiniz, onlar lazımi avadanlıqla təmin olunub. Bu amil insanların sağlamlığının qorunmasında öz sözünü deyir.

Bir ata olaraq Sizə və həkimlərimizə öz təşəkkürümü və dərin minnətdarlığımı çatdırmaq istəyirəm. Allah köməyiniz olsun. Ulu Tanrıdan Sizə cansağlığı, uzun ömür arzu edirəm.

Hörmətlə,

Məlikov Rahil Sahil oğlu,

Qarabağ müharibəsi əlili.

Azərbaycan Respublikası, Şirvan şəhəri.