01 mart 2021, 18:30

Tofiq Əsgərovdan, Masallı, Azərbaycan

Müzəffər Ali Baş Komandan.

Fevralın 26-da Xocalı soyqırımının 29-cu ildönümündə yerli və xarici jurnalistlərlə keçirilən mətbuat konfransı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır.

Cənab Prezident, Sizin mətbuat konfransında sualları bir neçə dildə sərbəst cavablandırmağınız bizi çox qürurlandırır. Hər bir sahədə əldə olunan qələbə həyata keçirdiyiniz müdrik siyasətinizin bariz nümunəsidir. Bir Masallı gənci kimi Sizin həm daxili, həm də xarici siyasətinizi dəstəkləyirəm.

Allah Sizi və Azərbaycanı qorusun!

Hörmətlə,

Tofiq Əsgərov

Azərbaycan Respublikası, Masallı rayonu, Göyəçöl kəndi.