03 mart 2021, 13:41

Nəbili Bəhruz Ağahüseyn oğlundan, Biləsuvar, Azərbaycan

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.

Xalqımızın dəstəyinə arxalanaraq həm ölkə daxilində, həm də beynəlxalq aləmdə atdığınız uğurlu addımlar və prinsipiallığınız öz bəhrəsini verdi. Sizin sayənizdə xalqımızın ən ümdə problemi öz həllini tapdı.

Məhz Sizin prinsipiallığınız, uzaqgörənliyiniz sayəsində xalqımız bu möhtəşəm Qələbəni yaşadı.

4 saatdan artıq müddətdə 4 dildə səlis formada dünyanın məşhur telekanallarını jurnalistlərinə Azərbaycan həqiqətlərini çatdırdınız. Bir daha Sizinlə qürur duyduq. Siz qeyd etdiniz ki, biz Ermənistanı ardıcıl olaraq bütün beynəlxalq, regional layihələrdən təcrid etmişdik. Ermənistanı iqtisadi cəhətdən sarsıtmaq, çökdürmək, təcrid etmək bizim siyasətimiz idi. Ermənistan öz silahlı qüvvələrini bizim torpaqlarımızdan çıxarsın, ondan sonra bölgədə iş birliyi də ola bilər, əməkdaşlıq da ola bilər və bizim siyasətimizdə dəyişiklik də ola bilər. Əfsuslar olsun ki, nə əvvəlki xunta rejimi, nə də ki, 2018-ci ildə hakimiyyətə gəlmiş hökumət bizim bu çağırışlara qulaq asmadı. Əgər vaxtında qulaq assa idilər, bu gün belə rəzil duruma düşməzdilər.

Təkcə çıxışınızın bu hissəsi Azərbaycan xalqının səbrinin, xoşməramlılığının göstəricisidir. Sizin dediyiniz kimi, biz əməkdaşlığa açıq olan ölkəyik və Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı qarşıdurma, anlaşılmazlıq olmamışdır.

Vətən müharibəsindəki birlik sözlərinizin təsdiqidir.

Cənab Prezident, xalqımız daim Sizin yanınızdadır.

Hörmətlə,

Nəbili Bəhruz Ağahüseyn oğlu

Təhsil işçisi

Azərbaycan Respublikası, Biləsuvar rayonu, Günəşli kəndi.