02 mart 2021, 11:05

Şüküfə Əsgərovadan, Sabirabad, Azərbaycan

Şanlı Ordumuzun Müzəffər Ali Baş Komandanı.

Canımızın bir parçası olan Azərbaycanımızın daim inkişaf edərək çiçəklənməsi, təhlükəsizliyi və ərazi bütövlüyü uğrunda ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və vəsiyyət etdiyi tarixi bir missiyanı uğurla başa çatdırmısınız.

Şanlı Ordumuz və xalqımız Sizin ətrafınızda bir yumruq kimi birləşdi və 44 gün ərzində mənfur düşmənə öz gücümüzü göstərərək doğma torpaqlarımızı işğalçılardan azad etdi.

Siz həm döyüş meydanında, həm də siyasi sahədə düşmənlərimizə qarşı peşəkar və qətiyyətli mübarizə apardınız. Ermənilər tərəfindən işğala məruz qalan kəndlərimiz, şəhərlərimiz dağıdıldı, tarixi abidələrimiz, məscidlərimiz, türbələrimiz, hətta məzarlıqlarımız belə viran qoyuldu.

Allah Sizə cansağlığı versin. Tanrı Sizi qorusun!

Hörmətlə,

Şüküfə Əsgərova

Azərbaycan Respublikası, Sabirabad rayonu.