18 yanvar 2021, 10:23

Sabir Mirzəyevdən, Laçın, Azərbaycan

Hörmətli cənab Prezident,

Biz Sizinlə fəxr edirik, ona görə ki, Sizin komandanlığınız altında Milli Ordumuz qəhrəmanlıqla 30 il düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etdi. Biz, Laçın rayonunun Quşçu kənd sakinləri çox sevinirik. Ona görə ki, biz artıq məcburi köçkün deyilik, tezliklə doğma torpaqlarımıza qovuşacağımız günü səbirsizliklə gözləyirik. Siz cəsarətli iradənizlə, qətiyyətli mövqeyinizlə Azərbaycan xalqının birliyini dünyaya bir daha sübut etdiniz.

Biz laçınlılar yaxın vaxtlarda öz el-obamıza qayıdıb, Sizin rəhbərliyiniz altında yurd yerlərimizi yenidən qurub-yaratmaq, abadlaşdırmaq arzusundayıq. Bilin ki, Sizə həmişə minnətdarıq.

Eşq olsun Ali Baş Komandana! Yaşasın Azərbaycan!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Mirzəyev Sabir Mücərrəf oğlu,

Quşçu kənd orta məktəbinin direktoru.

Azərbaycan Respublikası, Laçın rayonu.