16 yanvar 2021, 14:03

Abas Abaszadədən, Sabirabad, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin dövlətimizin inkişafı və xalqımızın rifahı naminə yorulmaz fəaliyyətinizi hər zaman dəstəkləyirik. 2020-ci ildə əldə etdiyiniz uğurlar bir daha Sizin gücünüzü göstərdi. Uzun illərdir işğal altında olan doğma torpaqlarımızın azad edilməsi isə Sizin ən böyük uğurlarınızdan biri oldu. Bu zəfəriniz heç bir zaman unudulmayacaq.

Cənab Prezident, biz Sizinlə fəxr edir, qürur duyuruq. Mən bir gənc olaraq Sizi hər zaman dəstəkləyirəm. Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Abaszadə Abas Vasif oğlu

Azərbaycan Respublikası, Sabirabad rayonu, Qaralar kəndi.