16 yanvar 2021, 10:00

Alim Quliyevdən, Cəlilabad, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin apardığınız düzgün xarici və daxili siyasət, liderlik qabiliyyəti nəticəsində işğal altında olan torpaqlarımız azad edildi. Siz insani keyfiyyətləriniz, insanpərvərliyiniz ilə bizim haqq səsimizi bütün dünyaya bəyan etdiniz.

Bizi sevməyən qüvvələr 28 il Qarabağımızı işğal edən faşist ermənilərə dayaq oldular, onları silah-sursatla təmin etməklə “Böyük Ermənistan” yaratmaq siyasətinə əyani dəstək oldular. Güclü ordu quruculuğu, müasir silahlarla Ordumuzun təmin edilməsi, xalqımızın öz lideri ətrafında yumruq kimi birləşməsi sayəsində biz Qələbəyə nail olduq.

Müzəffər Ali Baş Komandan. Sizin sayənizdə işğal olunmuş rayonlarımızda Qələbə Bayrağının sancılması münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə və ailənizə uzun ömür, cansağlığı arzu edirəm.

Hörmətlə,

Quliyev Alim Xudan oğlu

Azərbaycan Respublikası, Cəlilabad rayonu.