15 yanvar 2021, 17:03

Laçın rayonundan məcburi köçkünlərindən, Ağcabədi, Azərbaycan

Möhtərəm Prezident! Müzəffər Ali Baş Komandan!

Biz Laçın rayonunun Qozlu və Fingə kənd sakinləri adından Sizi salamlayırıq. Uzun sürən Qarabağ, Laçın həsrətimiz Sizin komandanlığınızla sona çatdı. Şanlı Vətən müharibəsi qələbə ilə nəticələndi. Bu zəfər nəinki bizim, hətta gələcək nəsillərimizin qürur mənbəyi olacaq.

Bu hissləri biz məcburi köçkünlərə yaşatdığınız üçün Sizə dərindən təşəkkür edirik. İndi biz səbirsizliklə Laçınımıza qayıdacağımız günü gözləyirik.

Yaşasın Azərbaycan xalqı!

Yaşasın Müzəffər Ali Baş Komandanımız!

Hörmətlə,

Səfərov Vaqif Niyaz oğlu,

Abduləzimov Adil Səlim oğlu,

İbrahimov Akif Səlim oğlu,

Abduləzimov Araz Əsgər oğlu,

Nəsibov Qorxmaz Yusif oğlu,

Səfərov Rəhman Bəhman oğlu,

Laçın rayonundan məcburi köçkünlər.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi.