15 yanvar 2021, 16:43

Elif Boğandan, İzmir, Türkiyə

Sevimli dövlət başçımız İlham Əliyev,

Mən qardaş ölkəniz Türkiyədən Elif Boğanam. 13 yaşındayam, 8-ci sinifdə oxuyuram. Biz də Orta Asiyadan gələn bir türk ailəsinin nəvələriyik.

Sizin rəhbərliyinizlə Qarabağ torpaqlarının geri alınması və iki dövlət, bir millət arasında körpü quran bu Zəfərlə savaşı qazanmanız bizləri çox sevindirdi. Biz də burada Sizin qədər qürurlandıq. Birliyimiz sayəsində tək millət olduğumuzu bir daha bu Qələbə ilə bütün dünyaya göstərmiş olduq. İnşallah, gələcəkdə daha da güclənəcək, bayraqlarımız daim yan-yana dalğalanacaqdır.

Sizi heyranlıqla izləyərək, özümə örnək bilirəm. Allah sağlığınızı və səhhətinizi daim etsin! Allaha əmanət olun!

Ailəm və bütün Türkiyə adına sevgi və salamlarla,

Elif Boğan, şagird

Türkiyə Respublikası, İzmir şəhəri.