“Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Kömək” İctimai Birliyinin sədri Mariya Pavlovna Hüseynova-Atanasovadan

28 noyabr 2020, 16:15

Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycan-Bolqarıstan ictimai birliyinin adından Sizi Azərbaycanın Böyük Qələbəsi münasibətilə təbrik edirik. Qarabağ Azərbaycandır!

Cənab Prezident, Siz Azərbaycan xalqının ümummilli lideri, dahi Heydər Əliyevin işini və siyasətini ləyaqətlə davam etdirirsiniz. Sizin adınız tarixə, diplomatiya tarixinə, beynəlxalq münasibətlər tarixinə və hərbi iş tarixinə düşüb. Sizin siyasətiniz sayəsində Azərbaycanda – dünyanın bu gözəl guşəsində müxtəlif millətlərdən olan insanlar, o cümlədən bolqarlar yaşayırlar. Bütün bunlar ona görə mümkündür ki, Azərbaycanda milli azlıqlara münasibətdə tolerantlıq və multikulturalizm siyasəti həyata keçirilir. Azərbaycan xalqının çoxillik tarixi mədəniyyətlər arasında dözümlülük və dialoq ruhunun, həmçinin ölkənizdə yaşayan bu qədər müxtəlif insanlar arasında, onların etnik, mədəni, dil və din mənsubiyyətindən asılı olmayaraq, qarşılıqlı hörmət, anlaşma və əməkdaşlıq ruhunun yaradılması və bərqərar olması üçün mühüm amildir.

2005-ci ildə Azərbaycanda “Azərbaycan-Bolqarıstan dostluğunun inkişafına kömək” İctimai Birliyi yaradılıb, bolqar dilində “Akord” adlı beynəlxalq jurnal nəşr edilir. Bu İctimai Birliyin sədri Azərbaycanın qədim tarixə malik Gəncə şəhərində doğulub boya-başa çatmış etnik bolqar qadındır.

On beş il ərzində bu cəmiyyətin fəaliyyətinin və jurnalın nəşrinin əsas missiyası auditoriyanı Azərbaycan ilə Bolqarıstanın qarşılıqlı münasibətlərində baş verən ən mühüm və aktual hadisələr barədə məlumatlandırmaqdır.

Ermənistan tərəfinin törətdiyi təcavüz və terrorizm ilə əlaqədar hərbi əməliyyatlar dövründə sosial şəbəkədə informasiya meydanını ələ keçirmək məqsədilə cəmiyyətin “Instagram” sosial şəbəkəsində “@azerbaijan_bulgaria” rəsmi səhifəsi yaradılıb. Bu səhifədə yerləşdirilən postlarda Ermənistan tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilən təcavüzün, terrorizmin və vandalizmin nəticələri barədə məlumatlar əks olunur.

İctimai Birlik Bolqarıstanın Prezidentinə, Baş nazirinə, parlamentinə, Plovdiv və Varna şəhərlərinin rəsmi şəxslərinə, kütləvi informasiya vasitələrinə müraciət göndərib. Həmin müraciətdə Azərbaycanda baş verən real hadisələr, Azərbaycanın dinc əhalisinə qarşı erməni təcavüzü və terrorizmi barədə məlumat verilib. Müraciətdə deyilirdi ki, Azərbaycanda dinc şəraitdə yaşayan bolqarlar Ermənistanın təxribatçı hərəkətlərini və siyasətini qətiyyətlə pisləyirlər.

Noyabrın 10-da Bolqarıstan və Azərbaycan KİV nümayəndələri ilə uğurla təşkil edilmiş “Azərbaycan-Bolqarıstan” telekörpüsü xoş təsadüfdən Azərbaycanın Böyük Qələbə Günü ilə eyni vaxtda düşdü.

Çoxmillətli Azərbaycan xalqı adından Sizə - Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə, birinci xanım və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya, Sizin bütün ailənizə və bütün Azərbaycan xalqına sülh, firavanlıq, xoşbəxtlik, cansağlığı və Azərbaycanın inkişafı naminə uğurlu fəaliyyət arzu edirik.

Hörmətlə,

Mariya Pavlovna Hüseynova-Atanasova

“Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Kömək” İctimai Birliyinin sədri,

bolqar dilində “Akord” jurnalının baş redaktoru

SƏNƏDLƏRSərəncamlar16 yanvar 2021
15:45
“Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Lotereyaların və idman mərc oyunlarının keçirilməsindən əldə edilən gəlirdən təyinatı üzrə istifadənin səmərəliliyinin artırılması, dövlət-özəl tərəfdaşlığı çərçivəsində qeyd edilən sahənin inkişafı üçün investisiyaların və yeni ...

16 yanvar 2021, 15:45
SƏNƏDLƏRSərəncamlar15 yanvar 2021
18:01
“Azərbaycan Respublikasının Hərbi Əməliyyatlar Nəticəsində İşğal Olunmuş və Bununla Əlaqədar Zərər Çəkmiş Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyasının nəzdində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 854 nömrəli Sərəncamının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Hərbi Əməliyyatlar Nəticəsində İşğal Olunmuş və Bununla Əlaqədar Zərər Çəkmiş Əra...

15 yanvar 2021, 18:01
SƏNƏDLƏRFərmanlar15 yanvar 2021
18:00
“Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 12 iyul tarixli 471 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş əra...

15 yanvar 2021, 18:00
SƏNƏDLƏRSərəncamlar13 yanvar 2021
19:05
Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi mə...

13 yanvar 2021, 19:05