25 noyabr 2020, 09:41

Aynurə Səlimovadan, Ağdam, Azərbaycan

Möhtərəm Ali Baş Komandan! Yenilməz sərkərdə! Ulu öndərimiz Heydər Əliyevin uğurlu siyasətinin davamçısı, güclü siyasi iradəyə malik, çox hörmətli Prezidentimiz İlham Əliyev! Siz 30 ildir davam edən haqsızlığa son qoydunuz. Sizin güclü iradəniz sayəsində bizim torpaqlarımız azad olundu. Bütün dünyaya sübut etdiniz ki, bizimlə heç kim hədə-qorxu ilə danışa bilməz. Bir-birinin ardınca torpaqlarımız azad olundu. Bu gün mənim doğma yurdum Ağdam şəhəri azad olundu. Bu uğurlara görə Sizi təbrik edirəm və Sizə təşəkkür edirik. Xalqımızın bir yumruq kimi Sizin ətrafınızda birləşməsi xalqın Sizə olan inam və etibarındandır. Sizin göstərdiyiniz yumruq mənfur düşmənin başına elə endi ki, o yumruğu düşmən heç vaxt unutmayacaq. Bizi öz yurdumuza qaytardığınız üçün məktəbimizin müəllimləri adından Sizə təşəkkür edirəm. Qürur mənbəyimizsiniz. Sizinlə fəxr edirik. Yaşasın Prezidentimiz! Yaşasın qəhrəman əsgərlərimiz! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Səlimova Aynurə Surxay qızı.

Azərbaycan Respublikası, Ağdam rayonu, 83 saylı Yeni İmamqulubəyli qəsəbəsi.