25 noyabr 2020, 10:58

Ramin Məhərrəmovdan, Ağdam, Azərbaycan

Müzəffər Ali Baş Komandan!

Mən bir ağdamlı olaraq Sizə sonsuz təşəkkürümü və minnətdarlığımı bildirirəm. Sizin dahi sərkərdəlik bacarığınız və rəşadətli Ordumuzun ən yüksək səviyyəli döyüş qabiliyyəti bütün torpaqlarımızın işğaldan azad olunmasına səbəb oldu.

İnanıram ki, Azərbaycan Sizin sayənizdə çox irəli gedəcək, Azərbaycan şəfəqlərdə süzən qartal kimi daim yüksəklərdə olacaq. İnşallah, mənə də Qarabağa əsl Qarabağ atı ilə getmək qismət olar. O torpaqlar illərdir bizi gözləyir.

Yaşasın Azərbaycan!

Eşq olsun Ali Baş Komandana və Azərbaycanın müzəffər Ordusuna!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Məhərrəmov Ramin Yusif oğlu

Azərbaycan Respublikası, Ağdam rayonu, Birinci Dördyol qəsəbəsi.