25 noyabr 2020, 09:00

Cankişi Ramazanovdan, Astara, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Sizi tarixi Qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ordumuz Sizin komandanlığınız altında tarix yazdı. Çox sağ olun ki, xalqımıza bu möhtəşəm Qələbə sevincini yaşatdınız.

Hörmətli cənab Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə və çox dəyərli Mehriban xanım Əliyevaya təşəkkür edir, bir daha çox sağ olun deyirik. Azərbaycanın çiçəklənməsinə xidmət edəcək yeni fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Ramazanov Cankişi Rafiq oğlu

Azərbaycan Respublikası, Astara rayonu, Kijəbə kəndi.