30 oktyabr 2020, 12:45

Rafiq Hüseynovdan, İsmayıllı, Azərbaycan

Möhtərəm Prezident.

İlk əvvəl Sizi Qubadlı şəhərinin və bir necə kəndinin azad olunması münasibətilə təbrik edirəm. Azərbaycanın güclü və müstəqil dövlət kimi əldə etdiyi uğurlar bir Prezident kimi, məhz Sizin gərgin əməyinizin, fədakarlığınızın və uzaqgörən siyasətinizin nəticəsində mümkün olub. Bu yolda hər bir vətəndaş cəmiyyətdəki mövqeyindən, siyasi baxışlarından, əqidəsindən asılı olmayaraq birmənalı şəkildə Sizi dəstəkləyir. Xalqımız bu müqəddəs yolda birlik və həmrəylik nümayiş etdirir. Arzu edirəm ki, bütün torpaqlarımız işğaldan azad olunsun.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Hörmətlə,

Rafiq Hüseynov

Azərbaycan Respublikası, İsmayıllı şəhəri.-0-