30 oktyabr 2020, 11:22

Məhərrəm Qurbanovdan, Lerik, Azərbaycan

Hörmətli cənab Prezident.

Hər bir azərbaycanlı kimi biz də Sizə və ordumuza inanır, qələbələrin davamını böyük həyəcan və fəxr hissiylə gözləyirik.

Yaxın günlərdə hər kəsin gözlədiyi Böyük Qələbə xəbərinin açıqlandığı gün tariximizin ən şərəfli səhifəsi olacaq.

Bu səhifənin yazılmasında iştirak etmək üçün ordu sıralarına çağırılmağımı səbirsizliklə gözləyirəm. Mən vətəndaşlıq borcumu şərəflə yerinə yetirmək üçün əmrinizə hazıram.

Hörmətlə,

Məhərrəm Qurbanov

Azərbaycan Respublikası, Lerik rayonu, Babakücə kəndi.