30 oktyabr 2020, 11:16

Ali Arasdan, Ankara, Türkiyə

Hörmətli cənab Prezident.

Sizə Türkiyədən yazaraq eyni kökə, eyni Vətənə malik olduğum üçün fəxr ediyimi bildirirəm.

Sizin haqlı və qürurlu mübarizənizi, maneələri dəf edərək sürətlə irəliləməyinizi qürurla izləyirəm. Azərbaycanla həmrəy, əl-ələ olmağı bildirmək mənim üçün kifayət deyil, mən ikinci Vətənim üçün daha çox şey etmək istəyirəm.

Buna görə Sizə müraciət edərək maddi və mənəvi dəstəyə, əlimdən gələn hər şeyi etməyə hazır olduğumu, ehtiramımı bildirirəm.

Hörmətlə,

Ali Aras

Türkiyə Respublikası, Ankara şəhəri.