30 oktyabr 2020, 11:00

İsfəndiyar Hüseynovdan, Naftalan, Azərbaycan

Müzəffər Ali Baş Komandan.

Mən bir Naftalan sakini, müharibə veteranı, təqaüdçü olaraq özümə borc bilirəm ki, Sizə sonsuz minnətdarlığımı bildirim. Son zamanlar cəbhə bölgələrində işğalçı erməni silahlı qüvvələrinin hərbi təxribatına cavab olaraq rəşadətli Ordumuzun əks-hücum əməliyyatını bütün varlığımla dəstəkləyirəm. Müzəffər Ordumuz uzun illər işğal altında olan bir neçə şəhər və kəndlərimizi qısa zaman ərzində mənfur düşməndən azad etdi. Zəfərlərimiz hələ irəlidədir.

Müzəffər Ali Baş Komandanımız, Sizin rəhbərliyinizlə Ordumuz xalqımızı sevindirməyə davam edir. Azərbaycanın işğal altında olan bütün torpaqları tezliklə düşməndən azad olunacaq. Şəhidlərimizin qanı yerdə qalmayacaq.

Qarabağ Azərbaycandır!

Tanrı Sizi, Azərbaycanı və Azərbaycan əsgərini qorusun!

Hörmətlə,

İsfəndiyar Hüseynov

Azərbaycan Respublikası, Naftalan şəhəri.