30 oktyabr 2020, 10:48

Tofiq Canəliyevdən, Masallı, Azərbaycan

Müzəffər Ali Baş Komandan.

Hər gün işğal olunmuş şəhər və kəndlərimizin mənfur düşməndən azad edilməsi xəbərini Sizdən eşidəndə çox sevinirəm. İnanın ki, sevincimdən yerimdə dura bilmirəm, bağrıma basıb Sizə təşəkkür etmək istəyirəm.

1992-ci il fevralın 26-sı - Xocalı faciəsi ad günümə təsadüf etdiyindən həmin günü heç vaxt qeyd etməmişəm. İnşallah, inanıram ki, 2021-ci ildə 60 illik yubileyimi Xocalıda keçirəcəyəm.

Hörmətli Prezident, bu yaxınlarda Rusiya Federasiyasının Kazan və Norilsk şəhərindən olan soydaşlarımızın göndərdikləri 900 manat pulu Milli Ordunun hesabına köçürmüşəm.

Uca Tanrı hər gün yeni ərazilər azad edən, dayanmadan irəliləyən Ordumuzun mərd, igid övladlarının dizinə taqət, qollarına qüvvət versin!

Oarabağ bizimdir!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Tofiq Canəliyev

Azərbaycan Respublikası, Masallı rayonu, Xəlfələr kəndi.