29 oktyabr 2020, 14:00

Leyla Dibirovadan, Balakən, Azərbaycan

Hörmətli cənab Prezident.

İlk öncə bunu qeyd eləmək istəyirəm ki, mən Sizin rəhbərlik etdiyiniz ölkədə yaşamaqdan qürur hissi duyuram. Bu günlərdə davam edən Vətən müharibəsində Qələbə sevincini bizə yaşatdığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin ordumuza olan böyük inam və qayğınızın nəticəsidir ki, bu gün əsgərlərimizdə böyük ruh yüksəkliyi və qələbə əzmi görürük. İnanırıq ki, Sizin düzgün qərarlarınız sayəsində biz daim zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Hörmətlə,

Leyla Dibirova

Azərbaycan Respublikası, Balakən rayonu.