29 oktyabr 2020, 13:55

Cəmilə Qurbanovadan, Bakı, Azərbaycan

Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.

Sizin möhtəşəm fəaliyyətiniz sayəsində ölkəmizin daxili və xarici siyasətində əldə edilmiş nailiyyətlər hər bir Azərbaycan vətəndaşı kimi məni də sevindirir. Bir Ali Baş Komandan kimi Milli Ordumuzun düşmənlə şərəfli mübarizəsinə rəhbərlik etməklə və bu mübarizədə bütün Azərbaycan xalqının bir yumruq kimi birləşməsinə nail olmaqla Siz bizim tariximizin ən şanlı səhifəsini yazırsınız. Hazırkı dövrdə təkcə müharibə meydanında deyil, həm də siyasi arenada ölkəmizin adını ləyaqətlə təmsil etmək üçün Sizin göstərdiyiniz dərin bilik, güclü siyasi iradə sözlə ifadə edilməyəcək qədər möhtəşəmdir. Elə buna görə də, bu gün ölkəmizdə kiçikdən-böyüyədək vəzifəsindən, peşəsindən, dinindən asılı olmayaraq hər kəs Sizinlə qürur duyur. Bu çətin və şərəfli yolda Sizə və Milli Ordumuza müvəffəqiyyətlər arzulayıram və bildirmək istəyirəm ki, bu savaşda mən də bir sıravi əsgər kimi həm ön cəbhədə, həm də arxa cəbhədə əlimdən gələni etməyə hazıram. Allah rəhbərimizi, ordumuzu və bütün xalqımızı qorusun!

Hörmətlə,

Cəmilə Qurbanova

Professor

Azərbaycan Respublikası, Bakı şəhəri.