29 oktyabr 2020, 13:12

Novruz Hacıyevdən, Sabirabad, Azərbaycan

Müzəffər Ali Baş Komandan.

Cəbhədə eşitdiyimiz qələbə xəbərlərinə çox sevindim. Mənim qardaşım Hacıyev Ramiz Hacıqulu oğlu 1993-cü ildə Füzulinin Aşağı Əbdürrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Azad olunan kəndlərin arasında bu kəndin adı çəkiləndə sevincim yerə-göyə sığmadı. Qardaşımın ruhu da şad oldu. Gün o gün olsun ki, bütün Qarabağ azad olunsun. Bütün bunlar Sizin yorulmaz fəaliyyətinizin nəticəsidir.

Cənab Prezident, hər şeyə görə Sizə təşəkkür edirik.

Hörmətlə,

Novruz Hacıyev

Azərbaycan Respublikası, Sabirabad rayonu.