29 oktyabr 2020, 13:03

Cavad Quliyevdən, Bakı, Azərbaycan

Müzəffər Ali Baş Komandan.

Bir talış, bir lənkəranlı olaraq Sizə təşəkkür edirəm. 30 ilə yaxın işğal altında olan torpaqlarımızı, doğma Qarabağımızı düşmən tapdağından azad edirsiniz. Bu, Sizin yüksək savadınız və güclü iradənizin nəticəsində mümkün olmuşdur.

Bütün xalqımız Sizə sonsuz təşəkkür edir və ətrafınızda sıx birləşib.

Allah Sizi və mətin Ordumuzu qorusun!

Cənab Prezident, çox təəssüflənirəm ki, bir vətəndaş olaraq, Vətənə olan borcumu yerinə yetirə bilmirəm. Çox istərdim ki, məni də Ordu sıralarına daxil etsinlər. Bu Vətən üçün canımı da, qanımı da verməyə hazıram.

Yaşasın Ali Baş Komandan!

Yaşasın Azərbaycan!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Cavad Quliyev

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat -1 qəsəbəsi.