Gürcüstanda yaşayan bir qrup azərbaycanlı din xadimlərindən

27 oktyabr 2020, 18:50

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident,

Biz, Gürcüstanda yaşayan bir qrup azərbaycanlı din xadimləri Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğal olunmuş ərazilərinin erməni silahlı birləşmələrindən təmizlənməsi uğrunda sentyabrın 27-dən başlayan Vətən müharibəsini çox diqqət və həyəcanla izləyirik. Uzun illərdən bəri daim atəşkəsi pozan və sülh danışıqlarına əməl etməyən düşmənlə başqa dildə danışmağın mümkün olmadığını iyul ayında Tovuz rayonuna namərdcəsinə edilən hücumdan sonra bizlər də gördük.

Gürcüstanda yaşayan soydaşlarımızın qəlbi bu gün Azərbaycanla, Azərbaycan əsgəri ilə birgə döyünür. Biz başqa ölkənin vətəndaşı olsaq da, milliliyimiz və milli dövlətimiz üçün Sizin hər bir çağırışınıza hazırıq. 30 illik həsrətin bitəcəyinə inanırıq. Gürcüstandakı soydaşlarımız Sizinlə həmrəydirlər, hər zaman ana Vətənimizə dəstək verməyə, Sizinlə bir səngərdə olmağa hazırdırlar. İnşallah, tezliklə Azərbaycan xalqı Qarabağda qələbə çalacaq, sülh və ədalət bərqərar olacaqdır.

Möhtərəm cənab Prezident, Sizin daim təmkinlə söylədiyiniz “Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var” ifadəsi bu gün hər bir azərbaycanlı üçün qürur mənbəyinə çevrilib. Vətən müharibəsinin getdiyi bu dönəmdə bir daha əmin olduq ki, belə bir güclü ordu Sizin kimi qətiyyətli Müzəffər Ali Baş Komandanın dəqiqliklə yürütdüyü hərbi quruculuq siyasəti sayəsində ərsəyə gəlib.

İnanırıq ki, Sizin qətiyyətli siyasətiniz uğurla nəticələnəcək, tezliklə torpaqlarımız azad ediləcək. Bu gün Azərbaycanın ərazi bütövlüyünün təmin olunması bizim qürurumuz və müqəddəs borcumuzdur.

Dualarımız Sizinlədir, müzəffər Ordumuzladır. Qarabağda dalğalanacaq Azərbaycan bayrağı naminə canından keçən hər bir şəhidimizə Allahdan rəhmət diləyirik! Allah yaralılarımıza tezliklə şəfa versin.

Şanlı Azərbaycan Ordusuna eşq olsun! Allah Sizi daim müzəffər eləsin!

Hörmətlə,

Hacı Əli Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə səlahiyyətli nümayəndəsi

Hacı Eldəniz Sadıqov, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin əməkdaşı

Əxmədov İfrət, Bolnisi rayonunun baş axundu

Əhmədov Elsevər, Bolnisi rayonu Dəllər kəndinin axundu

Şərifov Sabin, Faxralı kənd məscidinin axundu

Əliyev Çingiz, Ağammədli kənd məscidinin axundu

Mamedov Mir Əli, Xancıxazdlı kənd məscidinin axundu

Quliyev Mahir, Goraxı kənd məscidinin axundu

Sadiqov Mübariz, Bəylər kənd məscidinin axundu

Hacıyev Fəxrəddin, Marneuli rayonu Təkəli kənd məscidinin axundu

Şəmşiyev Tofik, Beytarafçı kəndinin imamı

Məmmədov Azər, Qrıxlı kənd məscidinin axundu.

Gürcüstan, Bolnisi və Marneuli rayonları.

SƏNƏDLƏRFərmanlar25 noyabr 2020
20:10
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 185-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 19 iyun tarixli 540 nömrəli, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 12 aprel tarixli 48 nömrəli, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 19 iyun tarixli 1471 nömrəli, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 18 iyun tarixli 140 nömrəli, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 iyul tarixli 164 nömrəli və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 27 may tarixli 711 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi...

25 noyabr 2020, 20:10
SƏNƏDLƏRQanunlar25 noyabr 2020
19:45
Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № ...

25 noyabr 2020, 19:45
SƏNƏDLƏRFərmanlar25 noyabr 2020
19:08
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 3, maddə ...

25 noyabr 2020, 19:08
SƏNƏDLƏRQanunlar24 noyabr 2020
18:57
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

“Valideynlərini itirmiş və valideyn himayəsindən məh...

24 noyabr 2020, 18:57