17 sentyabr 2020, 11:00

Zakir Bayramovdan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Gəncəlilər Sizinlə qürur duyur. Ona görə ki, Siz öz xalqınıza daim ləyaqətlə xidmət edir, Azərbaycanın inkişafı üçün fədakarlıq göstərirsiniz.

Hər bir vətəndaşın, xüsusilə də yaşlı insanların sağlamlığını, rifahını düşünərək həyata keçirdiyiniz tədbirlər, hər zaman xalqın yanında olmağınız, yorulmaz fəaliyyətiniz hamı kimi biz ağsaqqallara da böyük fəxarət hissi yaşadır.

Sosial sahəyə ayrılan diqqət, ahıl və yaşlı insanlara göstərilən qayğı bizi gələcəyə daha inamla baxmağa ruhlandırır.

Pandemiya dövründə müəyyən çətinliklər olsa da pensiyaların, müavinətlərin vaxtında ödənilməsi, sosial yardım alan aztəminatlı ailələrin sayının artırılması Sizin hər zaman vətəndaşın problemini diqqət mərkəzində saxlamağınızın aydın təzahürüdür.

Hörmətli cənab Prezident, bizim həyat şəraitimizin yaxşılaşdırılmasına, sağlamlığımızın qorunmasına və problemlərimizin vaxtında həll edilməsinə göstərdiyiniz qayğıya görə Sizə minnətdarlıq edir, məsuliyyətli və şərəfli işinizdə yeni uğurlar arzulayıram.

Hörmətlə,

Bayramov Zakir Ələkbər oğlu

Azərbaycan Respublikası, Gəncə şəhəri.