Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 2014-cü il 18 mart tarixli 347 nömrəli, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli 569 nömrəli, “2015–2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında” 2015-ci il 26 yanvar tarixli 998 nömrəli, “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 14 dekabr tarixli 3498 nömrəli, “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 14 fevral tarixli 3672 nömrəli və “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018–2020-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 10 may tarixli 64 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

14 avqust 2020, 18:15

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 mart tarixli 347 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 3, maddə 292; 2016, № 7, maddə 1297; 2019, № 3, maddə 443) adında və 1-ci hissəsində “zamanı əlil olmuş” sözləri “ilə əlaqədar əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 700; 2019, № 1, maddə 130) aşağıdakı dəyişikliklər edilsin:

2.1. adında və 1-ci hissədə “əlil olmuş” sözləri “əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

2.2. preambulanın birinci və ikinci abzaslarında “əlil olmuş” sözləri “əlilliyi müəyyən edilmiş” sözləri ilə, “əlil” sözü “əlilliyi olan şəxs” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 yanvar tarixli 998 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 42; 2019, № 5, maddə 899; 2020, № 4, maddə 431) ilə təsdiq edilmiş “2015–2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın 3.2.16-cı və 5.2.25-ci yarımbəndlərində “və əlil” sözləri “18 yaşınadək və əlilliyi” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 dekabr tarixli 3498 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2413; 2019, № 5, maddə 899) ilə təsdiq edilmiş “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. beşinci abzasın ikinci cümləsində “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” sözləri “Əlilliyi olan şəxslərin hüquqları haqqında” sözləri ilə əvəz edilsin;

4.2. səkkizinci abzasın dördüncü cümləsində “əlil” sözü “əlilliyi olan şəxs” sözləri ilə əvəz edilsin;

4.3. on ikinci və on üçüncü abzaslarda “əlilliyi olan uşaqların” sözləri “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli 3672 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 275; 2019, № 5, maddələr 877, 899) ilə təsdiq edilmiş “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın 2.1-ci bəndində, 2.1.8-ci, 3.1.13-cü (hər iki halda) yarımbəndlərində, “Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 5.1.1.3-cü yarımbəndində hər üç halda “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 may tarixli 64 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 1002) ilə təsdiq edilmiş “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018–2020-ci illər üçün Milli Fəaliyyət Planı”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. 2-ci hissənin 2.2.4-cü yarımbəndində “ və sağlamlıq imkanları məhdud olan” sözləri “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri ilə əvəz edilsin;

6.2. 5-ci hissənin 5.1-ci bəndində, 5.1.1-ci, 5.1.2-ci, 5.2.5-ci, 5.2.6-cı yarımbəndlərində, 5.3-cü, 5.4-cü bəndlərində, 5.4.1-ci və 5.4.2-ci yarımbəndlərində, 5.5-ci bəndində, 5.5.3-cü və 5.6.4-cü yarımbəndlərində “məhdud olan” sözləri “məhdud 18 yaşınadək” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 avqust 2020-ci il.

SƏNƏDLƏRSərəncamlar25 yanvar 2021
18:25
Azərbaycan Respublikası Prezidentinin “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2004-cü il 23 oktyabr tarixli 468 nömrəli, “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 12 sentyabr tarixli 3227 nömrəli sərəncamlarında dəyişiklik edilməsi və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi haqqında” 2015-ci il 16 aprel tarixli 1176 nömrəli, “Bitkiçilikdə intensiv inkişafın təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 2018-ci il 2 mart tarixli 3739 nömrəli sərəncamlarının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin...

25 yanvar 2021, 18:25
SƏNƏDLƏRFərmanlar25 yanvar 2021
18:23
Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2014-cü il 16 aprel tarixli 152 nömrəli və “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin...

25 yanvar 2021, 18:23
SƏNƏDLƏRFərmanlar25 yanvar 2021
18:20
“Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Az...

25 yanvar 2021, 18:20
SƏNƏDLƏRSərəncamlar25 yanvar 2021
14:15
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliy...

25 yanvar 2021, 14:15