10 avqust 2020, 10:45

İkram Babayev və Elçin Daşdəmirovdan, Qəbələ, Azərbaycan

Hörmətli cənab Prezident.

Regionların nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, əhalinin və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi ilə bağlı görülən işlər Sizin bu sahəyə göstərdiyiniz diqqətin nəticəsidir.

Son illərdə Qəbələ rayonunda çoxsaylı nəqliyyat infrastrukturu layihələri, o cümlədən əhəmiyyətli avtomobil yolları, körpülər tikilərək əhalinin istifadəsinə verilmişdir.

Yaşadığımız ərazini ətraf kəndlərlə birləşdirən yeni körpünün istifadəyə verilməsi də bu layihələrdən biri olmaqla minlərlə insanın daha rahat yaşamasına xidmət edir. Kəndimizin inkişafına xidmət edən körpünün istifadəyə verilməsinə görə bütün sakinlərin adından Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Babayev İkram Şıxali oğlu

Daşdəmirov Elçin Zahir oğlu

Azərbaycan Respublikası, Qəbələ rayonu, Solqucakəndi.