08 avqust 2020, 14:15

Nəhayət Şirinovadan, Quba, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu gün ölkəmizdəki sabitliyə, azad, demokratik mühitə, gənclərə olan xüsusi diqqətə görə Sizə nə qədər minnətdarlıq etsək, yenə azdır. Bütün bu nailiyyətlər məhz Sizin sayənizdədir. Artıq aylardır ki, dünyanı cənginə alan COVID-19-la mübarizə tədbirlərində müsbət dinamika da Sizin qabaqlayıcı və operativ səylərinizin nəticəsidir.

Mən Sizə bütün Quba gəncləri adından minnətdarlıq edirəm. Var olun, cənab Prezidentimiz. Biz hər zaman Sizin ətrafınızda sıx birləşməyə və Sizin arxanızca birbaşa Qarabağa, Xankəndinə, Şuşaya getməyə hazırıq. Hər birimiz bu yolda müsəlləh əsgərik.

Hörmətlə,

Şirinova Nəhayət Məhəmməd qızı

YAP Quba rayon Təşkilatı Qadınlar Şurasının sədr müavini

Azərbaycan Respublikası, Quba rayonu.